🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Şiş ağciyərimə yayıldı" - Tünzalə

11.06.2020 08:07 483 baxış sayı 2 dəq. oxuma
"Şiş ağciyərimə yayıldı" - Tünzalə

Əməkdar artist Tünzalə Əliyeva səhhətinin daha da pisləşdiyini deyib. 

Xərçəngdən əziyyət çəkən aktrisa şişin ağciyərlərinə yayıldığını bildirib:


"Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam.


Bildiyiniz kimi əvvəl uşaqlıqboynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və 2 ay müalicə aldım. Nəticə yaxşı oldu.


Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".

Paylaş: