🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Dırnaqlarım çürüdü" - Tünzalə

12.06.2020 11:44 487 baxış sayı 2 dəq. oxuma
"Dırnaqlarım çürüdü" - Tünzalə

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.

"Bizimləsən" proqramının virtual qonağı olan aktrisa kimyaterapiya almağa başladığını deyib. O bildirib ki, ağrıları güclü olur:


"Əvvəl ağrılar kürək və böyrəyə vururdu. İndi qarın hissəmə vurur. Kimyaterapiya hər dəfə bir nahiyəyə vurur. İndi də qarın... Qarnımda da neçə əməliyyat yeri var, ağrılar dəhşətlidir. Dözə bilmirəm. Həmişə kimyaterapiyada belə olur. Əvvəl dırnaqlarım çürümüşdü. Yeni-yeni düzəlirdi. Təzədən başladıq...


Analizin cavabı çıxan kimi həkimlər məni yatırtdı və kimyaterapiya etdi. Qanımaşağı olduğu üçün kimyaterapiyanı bütöv ala bilmirəm. Yarısın aldım, qalıb hələ... Yıxılan insan deyiləm, amma durumum çox pisdir".

Paylaş: