🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Komaya belə düşdüm" - Tünzalə xəstəliyindən danışıb, AĞLADI - VİDEO

21.01.2021 15:22 592 baxış sayı 2 dəq. oxuma
"Komaya belə düşdüm" - Tünzalə xəstəliyindən danışıb, AĞLADI -

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb ağlayıb.

Aktrisa "Onda görüşək" proqramında qonaq olarkən sağalmasından bəhs edib:

"Xəstəxanada idim, həkim dedi ki, get evə, törəmə yoxdur. Gəldim pəncərənin yanına, fikirləşdim ki, görəsən, bir də bura gələcəm? Allah verən hər şeyə görə şükür etmişəm. Bütün kimyaterapiya prosesini fikirləşdim. Çox ağır keçirtdim, bacım elə bilirdi ki, öləcəm. Komaya belə düşdüm. Həkimlər iki dəfə qan köçürtdü. O dərəcədə pis olmuşdum ki, dedim, yoldaşım gəlsin qan versin, həkimlər qoymadı. Dedilər, uzan, gecdir. Özləri qan bankından qan köçürdülər. Bəzi məqamlar var ki, onları heç yaşamaq istəmirəm".

 

Paylaş: