🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Həkimlərin maaşı ARTACAQ? - Nazir müavinindən ŞAD XƏBƏR

29.10.2024 10:16 54 baxış sayı 1 dəq. oxuma
Həkimlərin maaşı ARTACAQ?

"Həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var".

Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqqının artırılması real olur. Biz onu artıq görürük".

O bildirib ki, nazirlik əməkhaqqının artırılmamış sahələr üzrə artırılması istiqamətində addımlar atır: "Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

Paylaş: