🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Soyuq havalarda bu tərəvəzləri yeyin: Xəstələnməyəcəksiniz!

29.10.2024 17:16 66 baxış sayı 2 dəq. oxuma
Soyuq havalarda bu tərəvəzləri yeyin:

Qış aylarında immun sistemimizi güclü saxlamaq və sağlamlığımızı qorumaq üçün tərəvəz yeməyə xüsusi diqqət yetirməliyik. Soyuq havalarda orqanizmin daha çox enerjiyə və müqavimətə ehtiyacı olduğu üçün mövsümi tərəvəzlər bu ehtiyacı qarşılamağa kömək edir.

1. Kələm

Kələm, qrip və soyuqdəymə ilə mübarizə üçün güclü C vitamini mənbəyidir. Bundan əlavə, liflə zəngindir və həzmi dəstəkləyir. Bu tərəvəzi çiy və ya bişmiş şəkildə yeyə bilərsiniz.

2. Gül kələmi

Gül kələmi antioksidant xüsusiyyətləri ilə seçilir və xərçəng riskini azaltmağa kömək edir. Eyni zamanda A, C və K vitaminləri, eləcə də kalium ehtiva edir. Qaynadaraq və ya sobada qızardaraq yeyə bilərsinuz. İmmun sistemini gücləndirməyə kömək etdiyi üçün qış aylarında süfrələrdə olması faydalıdır.

3. İspanaq

İspanaq dəmir, kalsium, maqnezium və fol turşusu ilə zəngindir, bu da onu xüsusilə uşaqlar və hamilələr üçün qiymətli edir. İmmuniteti gücləndirən A və C vitaminləri ehtiva edir. İspanağı şorbalarda və digər yeməklərdə istifadə edə bilərsiniz.

5. Yerkökü

Yerkökü yüksək miqdarda beta-karoten ehtiva edir; bu, orqanizmdə A vitamininə çevrilərək göz sağlamlığını dəstəkləyir. Bundan əlavə, immun sistem üçün də olduqca vacibdir. Yerkökünü şorbalarda, salatlarda və ya qəlyanaltı kimi çiy şəkildə yemək olar.

Paylaş: