10 yaş cavan görünməyin asan yolu
Hər bir qadın cavan görünmək arzusundadır.
Axşam.az xarici KİV-ə istinadən sizə 10 yaş cavan görünmək üçün bəzi tövsiyələr verir:
Bibər - qırışlar üçün sarı bibər yeyin. Bu tərəvəz yeməklərinizə ləzzət qatmaqla yanaşı, eyni zamanda dərinizə də faydalıdır. Sarı bibər zərərli radikalların qarşısını alan C vitamini ilə zəngindir.
Yumurta - sallanan dəri üçün çox xeyirdir. Yumurtada olan yağsız proteinlər dərinin
sallanmasının qarşısını almaq üçün onun toxumalarını dolduran zülal əmələ
gətirir.
Arpa - əgər dəriniz günəşin zərərli ultrabənövşəyi şüaları ilə zədələnibsə, o zaman bütöv arpa yeyin. Çünki arpa seleniumla zəngindir.
Qızıl balıq - dərinizdə ləkələr varsa, bu balıq ideal qidadır. Balıq dəridə ləkə və sızanaqların əmələ gəlməsinə səbəb olan iltihabı sakitəşdirməyə yardım edən omega-3 yağ turşuları ilə zəngindir.
Yuxu - qocalmağa qarşı yuxunun sirri üzüstə yatmaqdır. Üzüstə yatdıqda diafraqma dartılır, döş qəfəsi genişlənir. Nəticədə daha dərindən nəfəs almaq mümkün olur.
Bu cür yatmaq sizə ilk vaxtlar çətin gələ bilər. Amma dizləriniz və boynunuzun altına yastıq yerləşdirsəniz, buna daha tez alışa bilərsiniz.
Etiketlər
Oxşar xəbərlər
"ASAN xidmət" bu tarixlərdə işləməyəcək
Bugun.az
"Məni arvadım cavan saxlayır" -
Son Xeberler
“Qarabağ münaqişəsinin asan həll yolu yoxdur” -
Son Xeberler
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləm...
Son Xeberler
Ərzağı ucuzlaşdırmağın ən asan yolu -
Son Xeberler
Həftə sonu “ASAN xidmət” və “ASAN Kommunal”da işlə...
Son Xeberler