🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sink batareyaları litium-ion batareyalarını üstələyir!

03.01.2025 22:03 7 baxış sayı 2 dəq. oxuma
Sink batareyaları litium-ion batareyalarını üstələyir!

Ohayo ştatındakı Keys Vestern Rizerv Universitetinin yeni araşdırması sink-kükürd batareya texnologiyasının bütün çatışmazlıqlarını aradan qaldıraraq, litium-ion batareyalarının hər tərəfli üstünlüyünə meydan oxuyan bir həll təklif edib. Yeni batareya texnologiyası yüngül çəkisi, uzun ömrü, yüksək performansı və iqtisadi istehsal dəyəri ilə böyük marağa səbəb olub. Bəs sink batareyaları necə fərqlənir? Xəbərimizin detallarında...


Əvvəlcə, yeni sink batareyaları zəhərliliyi az olan geniş istifadə olunan bir həlledici olan Dowanol (1-metoks-2-propanol) ilə istehsal edilib. Tədqiqat sink yodidin ikinci əlavə kimi istifadəsi ilə əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Laboratoriya testləri yeni batareyaların daha yüksək keçiriciliyə və sabitliyə malik olduğunu göstərib. Bundan əlavə, batareyalarda qısaqapanmaya və yanğına səbəb ola bilən dendrit əmələgəlməsi əhəmiyyətli dərəcədə qarşısı alınıb. Yeni batareya texnologiyası enerji sıxlığını %20 artıraraq kiloqrama 470 Vt/saat çatdırıb. Bu, mövcud ən yaxşı bərk cisimli batareyalara bərabərdir və kommersiya litium-ion batareyalarına nisbətən əhəmiyyətli üstünlük təşkil edir. İstehsal dəyərinə gəldikdə isə sink və kükürd kimi xammal olduqca əlverişlidir. Dowanol kimi adi və iqtisadi bir həlledicinin istifadəsi bu texnologiyanı sənaye istehsalı üçün çox cəlbedici edir.


İstifadə sahələrinə nəzər salsaq: Yeni sink batareyaları elektrik avtomobillərindən tutmuş geniş miqyaslı enerji saxlama həllərinə qədər bir çox sahədə istifadə oluna bilər. Yüksək təhlükəsizlik səviyyəsi, yüngül çəkisi və böyük tutumu sayəsində elektrik avtomobilləri üçün ideal seçim ola bilər. Lakin hazırda bu texnologiyanın laboratoriyadan kommersiya bazarına keçidi əsas bir çətinlik olaraq qalır.


Paylaş: