🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Samsung və Apple Çinli Rəqiblərə Qarşı Birgə Mübarizəyə Hazırdır

04.01.2025 00:00 11 baxış sayı 2 dəq. oxuma
Samsung və Apple Çinli Rəqiblərə Qarşı Birgə Mübarizəyə Hazırdır

Akıllı telefon bazarında rəqabət son sürətlə artır, xüsusilə də batareyanın iş müddəti əsas amilə çevrilib. Çin istehsalçıları 7000 mAh-dan artıq tutumlu batareyalarla yeni standartlar müəyyən edərək, Samsung və Apple kimi nəhəngləri ciddi sınağa çəkir.


Samsung və Apple, Çinli rəqiblərinə qarşı cavab olaraq, batareya texnologiyalarının inkişafına böyük investisiyalar yatırırlar. Məlumatlara görə, Samsung yeni nəsil batareya materialları üzərində işləyir, anod və katod materiallarının, xüsusilə də silikon tərkibinin artırılması yolu ilə batareya tutumunu yüksəltməyə çalışır. Apple da batareya texnologiyalarında irəliləyişlər əldə etsə də, bu yeniliklərin iPhone-larda 2026-cı ildən sonra tətbiq olunacağı gözlənilir.


Samsung-un yeni batareyaların satış strategiyası hələlik qaranlıq qalır. Bu inkişaf etmiş texnologiyanın yalnız yüksək qiymətli cihazlar üçün, yoxsa daha geniş məhsul çeşidi üçün istifadə olunacağı bilinmir. Sink batareyaların lityum-ion batareyaları üstələməsi də diqqət çəkir! Case Western Reserve Universitetinin yeni araşdırması sink batareyaların lityum-ion batareyalardan daha yaxşı nəticələr verdiyini göstərib. Xüsusilə büdcəyönümlü bazarda böyük batareya tutumlu smartfonlara tələbat bu texnologiya yarışını daha da qızışdırır.


Samsung və Apple, Çinli istehsalçıların batareya strategiyasına qarşı rəqabət qabiliyyətlərini qorumağa çalışırlar. Əlbəttə ki, bu səylərin nə zaman iPhone və əlverişli qiymətli Galaxy telefonlarında tətbiq olunacağı hələ ki, məlum deyil. Hələ dəqiq bir şey demək çətin olsa da, Apple-ın iPhone 17 seriyası ilə istifadəçiləri yenidən heyran etmək istədiyi aydın görünür. Bu baxımdan, əvvəllər ortaya çıxan Google Pixel-ə bənzər üfüqi kamera dizaynı iPhone 17 və 17 Slim modellərində yer ala bilər.


Paylaş: