
1 milyon dollara ABŞ yaşayış icazəsi!

ABŞ-da varlı xarici vətəndaşlar üçün yeni immiqrasiya proqramı başlayır. Prezident Donald Trampın imzaladığı yeni sərəncamla "Qızıl Kart" adlı xüsusi proqram tətbiq olunur. Proqrama əsasən, 1 milyon dollar və daha artıq ödəniş edən əcnəbilər sürətləndirilmiş qaydada ABŞ-da daimi yaşamaq hüququ əldə edə biləcəklər.
Fevral ayında Prezident Tramp tərəfindən təqdim olunan "Qızıl Kart" proqramı bu sərəncamla rəsmən qüvvəyə minir. Ticarət Nazirliyi tərəfindən idarə olunacaq proqramda fərdi ərizəçilər üçün minimum məbləğ 1 milyon dollardır. Şirkətlər isə işçilərini 2 milyon dollar ödəniş etməklə "Qızıl Kart"a namizəd göstərə bilərlər.
Proqramı təbliğ etmək üçün yaradılan rəsmi internet səhifəsində Prezident Trampın fotoşəkili və imzası, qartal və Azadlıq Heykəli təsvir olunan qızılı bir kart yer alır. Kartın altında isə "Amerikada həyatı açın" şüarı yazılmışdır. Ticarət naziri Howard Lutnick 80.000 "Qızıl Kart"ın veriləcəyini açıqlayıb. Lutnickin sözlərinə görə, ərizələr Dövlət Departamenti və Daxili Təhlükəsizlik Departamenti tərəfindən nəzərdən keçiriləcək. Ərizəçilərdən əlavə olaraq 15.000 dollar araşdırma haqqı da alınacaq. Təsdiq prosesini keçənlər daimi yaşamaq hüququ (yaşıl kart) əldə edəcəklər.
"Qızıl Kart" istedadlı şəxslər üçün nəzərdə tutulan mövcud EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etmək üçündür. Bu viza növləri alimlər, rəssamlar, sahibkarlar və yüksək ixtisaslı mütəxəssislər üçün xüsusi kvotaları əhatə edirdi. Yeni sistemdə isə maliyyə töhfəsi əsas qiymətləndirmə meyarı olur. ABŞ-ın immiqrasiya siyasətində əsaslı dəyişiklik olan bu qərar, xüsusilə iş dünyası və yüksək gəlirli şəxslər arasında böyük marağa səbəb olacaq.
Lakin "Qızıl Kart"ın sosial bərabərliyə, ədalətə və immiqrasiya sisteminin digər komponentlərinə təsiri mübahisə mövzusudur. Proqramın tam tətbiq tarixi, ərizə prosesi və digər detallar gələn həftələrdə aydınlaşdırılacaq.
Oxşar xəbərlər

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi...
Son Xeberler

Məşhur müğənni qumar borclarına görə son evini də...
Xəbər Anı

Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq...
melumat.tv

Türkiyədən Azərbaycana mebel ixracı azalıb
Bugun.az

Mars meteoriti 5,3 milyon dollara satıldı
Bugun.az

Call of Duty: Black Ops Cold War-ın Heyranedici İs...
Texnologiya xəbərləri