Türkiyədən Azərbaycana mebel ixracı azalıb
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 138,9 milyon dollara çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Azərbaycana 15 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 28,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdılr” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.
Oxşar xəbərlər
Rusiya Azərbaycana suriyalıların “gəlməsini” araş...
Son Xeberler
Azərbaycanda ölüm halları azalıb
Bugun.az
Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Son Xeberler
Azərbaycana daha bir təhlükə yaxınlaşır -
Son Xeberler
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi...
Son Xeberler
Əhali banklardakı əmanətlərini geri çəkib - NƏ BAŞ...
Son Xeberler