Suriyada Vəziyyət Kəskinləşir: Əsəd Rejiminə İlk Dəstək İrandan Gəldi
Noyabrın 27-də Suriyada silahlı müxalif qrupların Əsəd rejiminə qarşı başlatdığı əməliyyatlar Haləb və İdlibin ardınca Təl Rifatı da ələ keçirməklə nəticələndi. Türkiyə sərhədlərində qanlı döyüşlər baş verib.
412 nəfər həlak olub. Bu rəqəmə görə, 61-i dinc əhali, 137-si Suriyanın ordusundan, 214-ü isə Heyət Təhrir əş-Şam (HTŞ) üzvlərindən ibarətdir.
Əsəd rejimi ağır itkilər verən zaman, ilk dəstək İraqdakı İran tərəfindən dəstəklənən şiə milislərindən gəldi. Bu milislər Suriyanın rəsmi ordusuna yardım üçün ölkəyə daxil oldular.
Suriya Milli Ordusu (SMO), PKK/YPG-nin Təl Rifat-Münbiç terror dəhlizinə mane olmaq üçün başladığı "Azadlıq Səhəri" əməliyyatında Təl Rifat rayonundakı irəliləyişini davam etdirir. Təl Rifatda bir çox kənd və ərazi SMO tərəfindən azad edilib.
24 kənd terrorçulardan təmizləndi. Təl Rifat rayon mərkəzini PKK/YPG-dən azad edən SMO qüvvələri, həmçinin bir sıra kəndləri də terrorçulardan təmizləyib.
Bundan başqa, hərbi müxaliflər əməliyyat çərçivəsində Hələb şəhərinin cənub-şərqindəki Səfirə rayonunu Əsəd rejiminin əlindən alıblar.
Müxaliflərin Hələbə hücumu ilə Suriyanın rəsmi ordusu terrorçu təşkilat PKK/YPG ilə əlbir olaraq, bəzi əraziləri onlara təslim edib. Təl Rifat və Münbiç arasında terror dəhlizi yaradılması təhlükəsi ilə üzləşən Suriyanın Milli Ordusu isə "Azadlıq Səhəri" əməliyyatına başlayıb.
YPG/PKK terrorçuları Rusiyanın hava dəstəyi ilə 2016-cı ilin fevral ayında Təl Rifatı və ətraf əraziləri ələ keçirmişdilər. Terror təşkilatı yüz minlərlə insanı evlərindən didərgin salmışdı. Təl Rifatı işğal edən terror təşkilatı PKK/YPG, Beşar Əsəd rejimi və dəstəkçiləri ilə birlikdə bu ərazini nəzarətdə saxlamağa çalışırdı. Hələbə müxaliflərin hücumundan sonra isə rejim qüvvələri Təl Rifatdakı dəstəklərini geri çəkdi.
Oxşar xəbərlər
İran, Əsədin istəyi ilə Suriyaya qoşun göndərə bil...
Son Xeberler
Əsədin Moskvaya Qaçması Barədə Şayiələr Yalan Çıxd...
Son Xeberler
Əsədin əsgərləri qaçışda
Son Xeberler
Əsədin son oyunu: Suriyada yeni qarışıqlıq
Son Xeberler
Suriyada vuruşan müxalif qüvvələr Həma şəhərinə üz...
Bugun.az
Suriyada Müxaliflərin Hücumu: Əsədin Tək Şərti
Son Xeberler