🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Suriyada Əsəd sonrası: Yeni bir səhifə

03.12.2024 05:47 5 baxış sayı 4 dəq. oxuma
Suriyada Əsəd sonrası: Yeni bir səhifə

Suriyada müxaliflərin Əsəd rejiminə qarşı apardığı əməliyyatlar ciddi nəticələr verib. Xüsusilə Hələbin azad olunması ilə bir çox strateji əhəmiyyətli şəhər müxaliflərin nəzarətinə keçib və hücumlar davam edir.


Müxalif mənbələr, Əsəd rejimindən yüksək rütbəli zabit, mülki məmur və siyasətçilərin onlarla əlaqə saxladığını və yaxın zamanlarda rejimdə böyük parçalanmaların baş verəcəyini bildirirlər. Rejimdən olan bir millət vəkili isə "Baas partiyasının əsas kadrları Şamdan qaçıb. Rejimi tamamilə ümidsizliyə qərq olublar. Bütün variantlar müzakirə olunur, amma ümidsizlik hər zamankindən daha çoxdur" deyə bildirib.


Türkiyə mətbuatında yer alan xəbərə görə, Suriyalı tədqiqatçı Bekir Atacan, Hələbin müxaliflər tərəfindən yenidən ələ keçirilməsinin Suriyanı, hətta bütün Yaxın Şərq geosiyasətini dərin şəkildə təsir etdiyini vurğulayır. Artıq heç bir şey əvvəlki kimi olmayacaq və Əsəd-Baas rejiminin süqutu qaçılmazdır. Atacan, Türkiyənin Suriyanı tam əhatə edəcək alternativ idarəetmə qrupları yaratmaqla, hərbi inkişafa yox, daha çox siyasi alternativlərə diqqət etməli olduğunu düşünür.


Adının açıqlanmasını istəməyən bir Suriyalı Xalq Məclisi üzvü, Hələbin strateji əhəmiyyətini vurğulayaraq, hazırda Əsəd və Baas rejimi Şama sıxışdırıldığını və çıxış yolları axtardıqlarını bildirib. Hələbin ələ keçirilməsinin domino effekti yaradığını və ordu, siyasət və bürokratiyada böyük qarışıqlığın olduğunu deyir. Hətta Əsədi qurban vermək və müvəqqəti hökumət qurmaq kimi variantların müzakirə olunduğunu qeyd edir. Federasiya formulu, liderin dəyişdirilməsi və daha demokratik bir hökumət qurmaq kimi variantlar da gündəmdədir. İki il əvvəl Türkiyə ilə danışıqlar masasına əyləşməməyin səhv bir addım olduğu da qeyd edilir. Ancaq hakimiyyətdə olanların ümidləri zəifdir və rejim sürətlə dağılır. İdlib əldə edilə bilməyib, Hələb itirilib, Hama da ələ keçirilsə Əsəd hakimiyyətdə bir saat belə qala bilməyəcək.


Bekir Atacan, Hələbin müxaliflər tərəfindən tam nəzarətə alınmasının Əsəd üçün sonun başlanğıcı olduğunu vurğulayır. Baas və Əsədin süqutu qarşısıalınmazdır. Şamın Haseke, Rəqqə, Mənbiç və Dəyrizor kimi şərq bölgələri ilə əlaqəsi çox zəifləyib. Homs və Hama bağlantıları da çətinləşib. Əldə yalnız Tartus və Laziqiyə qalıb. Bu vəziyyəti İsrail, ABŞ, PKK, Körfəz ölkələri və digər tərəflər də nəzərə alıb öz planlarını qurur. Türkiyənin bu nöqtədə rolu həyati əhəmiyyət daşıyır. Ankara siyasi təşəbbüs göstərməli, Dərzi, İsmaili, Kürd, Türkmən, Ələvi, Erməni, Ərəb və digər azlıqları da əhatə edən bir hökumət qurmalıdır. Əsəd düşdükdən sonra, beynəlxalq arenada hər hansı bir qarışıqlığa yol vermədən və idarəetmə böhranı yaranmadan bu hökumət Suriyanın bütün ərazilərini təmsil edən bir siyasi qüvvə kimi qəbul olunmalıdır. Suriyanı tam əhatə etməlidir. Şamda ordu və siyasətdə baş verən çox ciddi parçalanma PKK və İsrail kimi fərqli məqsədlər güdən qüvvələrə fürsət verməməlidir. Əks halda, ölkə faciəli şəkildə parçalanar. İsrailin planları və PKK terror koridoru kimi təhdidlərə qarşı Türkiyənin rolu həlledici olacaq. Əks halda, İran yenidən hakimiyyətə iddia edəcək. Hama üçün İraqdan terrorçular gətirilir və Rusiya da daxil olmaqla digər mərkəzlər hərəkətə keçirilir. Ankaranın vaxt itirmək lüksü yoxdur.


Paylaş: