🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əsədin son oyunu: Suriyada yeni qarışıqlıq

01.12.2024 09:47 6 baxış sayı 2 dəq. oxuma
Əsədin son oyunu: Suriyada yeni qarışıqlıq

Etibarlı mənbələr Suriyada, xüsusilə də Hələbin böyük hissəsinin ələ keçirilməsindən sonra baş verən hadisələrlə bağlı açıqlama veriblər.


Suriyada yenidən gərginlik artıb. Bu vəziyyətin PKK/YPG terror təşkilatına yeni imkanlar yaradıb-yaratmayacağı sualı cavablandırılıb. Mənbələr Suriyanın şimalında başlayan toqquşmalar nəticəsində müxaliflərin Əsəd rejiminin nəzarətində olan Hələbi ələ keçirmələri ilə Suriyada yenidən gərginliyin artdığını bildiriblər.


"Əsəd rejimi PKK/YPG-yə yol açdı" deyə mənbələr bildirirlər. Rejimin nəzarət etdiyi ərazilərin qısa müddətdə itirilməsi, Əsəd rejiminin müxaliflər qarşısında PKK/YPG terror təşkilatından dəstək istəməsinə və onlara yol açmasına səbəb olub.


Mənbələr, Əsəd rejiminin nəzarətində olan torpaqları Fıratın şərqində yerləşən PKK/YPG qüvvələrinə verməyə başladığını bildiriblər. Ona görə də Fıratın şərqindən çox sayda PKK/YPG üzvü Hələb bölgəsinə gəlib, təşkilata məxsus ağır silahlar da göndərilib.


"Terror təşkilatı vəziyyəti fürsət kimi dəyərləndirdi" deyə açıqlamada qeyd olunur. PKK/YPG, Əsəd rejiminin əraziləri tərk etməsini fürsət bilib, Tel Rıfat və Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmaq planını həyata keçirməyə çalışıb. Lakin, bu plan Suriyanın Milli Ordusu tərəfindən pozulub.


Mənbələrə görə, müxaliflərin Hələbə doğru irəliləməsini fürsət bilən PKK/YPG-nin bu addımını görən Suriyanın Milli Ordusu qüvvələri "Azadlıq Səhəri" əməliyyatını başlataraq, Rəqqə-Hələb yolunu kəsib, PKK/YPG-nin Tel Rıfatla Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratmasının qarşısını alıb.


Paylaş: