🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rabitə Nazirliyindən mobil operatorlarına MÜRACİƏT

21.07.2020 14:19 476 baxış sayı 3 dəq. oxuma
Rabitə Nazirliyindən mobil operatorlarına

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.

Bu barədə Nazirliyə istinadən xəbər verir.

Respublikanın fəaliyyət göstərən mobil operatorları “Azercell Telekom” MMC, “Azerfon” MMC (Nar) və “Bakcell” MMC nazirliyin dəstək çağırışına qoşulub.

Belə ki, adıçəkilən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə start verib. Müvafiq mobil operatorlar “COVID-19”la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 1 200-ə yaxın tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.

Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.

Həkimlərin siyahısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcək.

Paylaş: