1200 tibb işçisinə 3 ay hədiyyə balans yüklənəcək -
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.
Nazirlikdən verilən məlumata görə, mobil operatorlar “Azercell Telekom” MMC, “Azerfon” MMC (Nar) və “Bakcell” MMC dəstək çağırışına qoşulub.
Belə ki, adıçəkilən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə start verib. Müvafiq mobil operatorlar “COVID-19”-la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 1200-ə yaxın tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.
Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.
Həkimlərin siyahısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.
Qeyd edilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcək.
Oxşar xəbərlər
Ərdoğan Putinin Doğum Gününə Nə Hədiyyə Etdi?
Bugun.az
Şuşada tapılan 32 illik hədiyyə hər kəsi duyğuland...
Son Xeberler
Rabitə Nazirliyindən mobil operatorlarına
Son Xeberler
Zaur Bəxşəliyev qazimizə maşın hədiyyə etdi -
Son Xeberler
Tibb bacısı vakansiyası
Edumap.az Təhsil Portalı
Azərbaycanda müğənniyə bahalı avtomobil hədiyyə et...
Şou Xəbər