
Keçmiş dövlət katibindən ŞOK AÇIQLAMA - ABŞ bu ölkələrlə tezliklə...

ABŞ-ın keçmiş dövlət katibi Corc Prat Şultz Tramp administrasiyasının davranışları səbəbindən ABŞ-ın Rusiya və Çinlə ikinci soyuq müharibə ərəfəsində olduğunu bildirib.
ABŞ-ın Avropa və Asiyadakı yaxın müttəfiqləri ilə də münasibətlərini pozduğunu deyən Şultz, rəsmi Vaşinqtonun diplomatiya əvəzinə hərbi təhdidlərə üstünlük verdiyini qeyd edib.
Vaşinqtonun müttəfiqlərlə münasibətlərində ciddi inamsızlığın olduğunu və bunun düzəldilməsinin illər çəkəcəyini vurğulayan eks dövlət katibinin sözlərinə görə, ABŞ adıçəkilən iki ölkə ilə soyuq müharibə vəziyyətinə yaxınlaşır.
Şultz Vaşinqtonu ortaqlarına ABŞ-ın da onlarla eyni demokratik dəyərləri paylaşdığını nümayiş etdirməyə və rəqiblərinə qlobal problemləri həll etmək üçün birlikdə işləmək bacarığını göstərməyə çağırıb.
Qeyd edək ki, Corc Şultz 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olub.(publika.az)
Oxşar xəbərlər

Silahlı ermənilər 1 aya Qarabağdan çıxarılacaq - S...
Son Xeberler

Qarabağa birinci onlar köçürüləcək - RƏSMİ AÇIQLAM...
Son Xeberler

SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Son Xeberler

Operativ Qərargahdan 190 manatla bağlı AÇIQLAMA
Son Xeberler

190 manatlıq ödənişlə bağlı nazirdən VACİB AÇIQLAM...
Son Xeberler

Məktəblərlə bağlı vacib AÇIQLAMA: Yanvarın 27-dən....
Son Xeberler