🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

30.01.2021 16:04 649 baxış sayı 2 dəq. oxuma
SOCAR-dakı dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

"Dövlət Neft Şirkətinin nə ləğv edilməsi, nə transformasiyası, nə də özəlləşdirilməsi gündəmdədir. Bunlar nəzərdə tutulmur".

Bunu Real Tv-yə açıqlamasında iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasınınü üzvü Rövşən Nəcəf deyib.

Dövlət rəsmisi bildirib ki, məqsəd Dövlət Neft Şirkətini daha güclü, beynəlxalq aləmdə daha rəqabətli etməkdir:

"Bütün bu dəyişikliklər sırf onun tarixi təkamül yolundan və həmin təkamülün doğurduğu çağırışlardan, ehtiyaclardan, yaranan zərurətlərdən irəli gəlir. Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətinin digər iri aparıcı neft-qaz şirkətləri ilə eyni səviyyədə korporotiv struktura malik olması, beynəlxalq aləmdə rəqabət qabiliyyəti olmasına yönəlmişdir.

Bütün neft-qaz şirkətləri özlərini yenidən kəşf edirlər və özlərini daha çox enerji şirkətləri kimi qələmə verməyə başlayırlar. Bu, onların öz inkişaf strategiyalarında öz əksrini tapır. Çünki uzun müddətdə alternativ enerji və digər enerji mənbələrindən istifadənin artması həmin şirkətlərin də həmin dövrə indidən uyğunlaşmasına zərurət yaradır. SOCAR-da aparılan bu struktur islahatlar şirkətin uzun müddətli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş addımlardır".

Paylaş: