"Rusiya ən böyük hava hücumlarından birini həyata keçirib"
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya lideri Vladimir Putin noyabrın 17-də səhər saatlarında Ukraynaya iri raket zərbəsi endirməklə, ona son vaxtlar zəng edib ziyarət edən bütün Qərb siyasətçilərinə cavab verib.
Metbuat.az xəbər verir ki, Sibiqa X sosial şəbəkəsində qeyd etdiyi kimi, bazar günü səhər Rusiya ən böyük hava hücumlarından birini həyata keçirib.
Məlumata görə, pilotsuz təyyarələr və raketlər dinc şəhərlərə, yatan mülki şəxslərə və kritik infrastruktura zərbələr endirib.
“Bu, Putinin bu yaxınlarda ona zəng edən və onu ziyarət edən hər kəsə əsl cavabıdır, bizə sakitləşmək üçün deyil, güclə sülh lazımdır”, - deyə Sibiqa bildirib.
Oxşar xəbərlər
Rusiya Kiyevi bombaladı:
Xəbər Anı
Putin-in dəstəyi ilə Rusiya ordusunun Haləbdəki əm...
Son Xeberler
Nasrallah'ın Ölümü: Şahidlərin Dəhşətli Təsviri
Son Xeberler
Çin Tayvan ətrafında hərbi təlimlərə başladı
Son Xeberler
Rusiya Suriya rejiminə dəstəyi davam etdirəcək -...
Bugun.az
Gürcüstan Rusiya hərbi təyyarələri üçün hava məkan...
Son Xeberler