
İstanbulda əldə edilən razılaşma həyata keçirildi

İstanbulda keçirilən danışıqlarda bir sıra məsələlərdə razılığa gələn Rusiya və Ukrayna bu razılaşmaları həyata keçirməyə davam edir.
Metbuat.az xəbər verir ki, razılaşmalara əsasən Rusiya və Ukrayna hərbi əsir mübadiləsi həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirliyin bəyanatında deyilir ki, İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, bir qrup rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən qayıdıb. Bunun müqabilində bir qrup Ukrayna əsgəri təhvil verilib.
Müdafiə Nazirliyi Rusiya əsgərlərinin hazırda Belarusda olduğunu və onlara lazımi psixoloji və tibbi yardım göstərildiyini bildirib. Ardınca rus əsgərləri Rusiyaya aparılacaq.
Oxşar xəbərlər

Ukrayna və Rusiya əsir mübadiləsi etdi -FOTOLAR
Bugun.az

İstanbulda şiddətli zəlzələ baş verdi -
Son Xeberler

Suriyalı Üsyançıların Qələbəsi İstanbulda Şirinlik...
Son Xeberler

ABŞ ilə Çin razılaşmalar əldə ediblər - Tramp
Bugun.az

Suriyalı Üsyançıların Qələbəsi İstanbulda Şirinlik...
Son Xeberler

Yeni Çərçivə Sənədi hökumətlə tam razılaşma şərait...
Bugun.az