
Paşinyanın təyyarəsi Azərbaycanda -FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi xarici səfər zamanı ilk dəfə Azərbaycanın hava məkanından istifadə edib.
Metbuat.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan məlumat verib.
“Medianın suallarına cavab olaraq nəzərinizə çatdırım ki, Ermənistan baş nazirinin təyyarəsi bu il avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xarici səfərə çıxıb və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb.
2018-ci il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra müvafiq orqanlar Ermənistan baş nazirinin təyyarəsi üçün Azərbaycandan hava keçidi istəyib və müsbət cavab alıb. Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılmış praktiki addım kimi qiymətləndiririk”, - sözçü bildirib.
Ermənistan baş naziri 30 avqust-3 sentyabr tarixlərində Çində, 3-5 sentyabr tarixlərində Yaponiyada səfərdə olub.
Ermənistan KİV məsələ ətrafında gedən müzakirələrlə əlaqədar bildirib ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında uçuşlar həyata keçirir.
Oxşar xəbərlər

Sərnişin təyyarəsi qəzaya uğradı -
Son Xeberler

Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Son Xeberler

Döyüş təyyarələri üz-üzə gəldi - Bu ölkədə
Bugun.az

Ermənistan ''dağılır'' -
Son Xeberler

Yerevanda Paşinyanın istefası tələbi ilə yenidən a...
Son Xeberler

Düşmənin döyüş təyyarəsi məhv edildi
Son Xeberler