🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Döyüş təyyarələri üz-üzə gəldi - Bu ölkədə

11.06.2025 19:25 13 baxış sayı 1 dəq. oxuma
Döyüş təyyarələri üz-üzə gəldi - Bu ölkədə

Sakit okean səmasında patrul uçuşu həyata keçirən Yaponiyanın hərbi təyyarəsi Çin ordusuna məxsus döyüş təyyarəsi ilə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Çinin “Şandun” (Shandong) təyyarədaşıyan gəmisindən havaya qalxan döyüş təyyarəsi Yapon təyyarəsinə 45 metr məsafədə yaxınlaşıb. Həmin manevr “təhlükəli” kimi qiymətləndirilib.

Nazirlik qeyd edib ki, ötən həftə də Çin təyyarəsi oxşar təhlükəli uçuşlar həyata keçirib. Yaponiya hökuməti isə Pekindən bu cür hərəkətləri dayandırmasını tələb edib. Hökumət həmçinin 7–9 iyun tarixlərində Çin ordusuna məxsus “Liaonin” və “Şandun” təyyarədaşıyan gəmilərinin Yaponiya yaxınlığında göründüyünü təsdiqləyib.

Paylaş: