Narinin anası, qardaşı və əmisi ömürlük həbs olundu
Yaydan bəri Türkiyə gündəminə düşən Narin Güran işi üzrə hökm oxunub.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kökmə əsasən azyaşlının anası, qardaşı və əmisi Türkiyə Cinayət Məcəlləsinin 1-d,e, 53/1 və 63-cü maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Narinin qətlinin ört-basdır edilməsində əli olan digər müttəhim, Nevzat Bəxtiyar isə “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iclas zamanı təqsirləndirilən şəxslər ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər.
Xatırladaq ki, avqustun 21-də Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cansız cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında tapılıb.
Diyarbakır Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılan 23 şübhəlinin içində uşağın anası Yüksəl Güran, böyük qardaşı Enes Güran, əmisi Səlim Güran və qonşuları Nevzat Bəxtiyarın da olduğu 12 nəfər həbs edilib.
Oxşar xəbərlər
Erməni terroru nəticəsində həlak olan beş nəfərlik...
Son Xeberler
Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
Xəbər Anı
Londonda 60 Yaşlı Adamı Metroya Atan Evsiz Adam Öm...
Son Xeberler
Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olu...
Analoq.az
MHP Lideri Öcalan'a "Ümid Hüququ"ndan İstifadə Təl...
Son Xeberler
Əmisinin cinayətini 2 il gizlətdi, həbs edildi
Bugun.az