🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

1 tona yaxın çətənə bitkisi yandırıldı

19.06.2025 09:25 6 baxış sayı 1 dəq. oxuma
1 tona yaxın çətənə bitkisi yandırıldı

Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Metbuat.az xəbər verir ki, ümumi çəkisi 917 kiloqram olan 970 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan üç ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: