Şəkidə narkobaron saxlanıldı
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs N. Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəkidə qəza oldu - Xəsarət alan var
Bugun.az
Şəkidə 15 Yaşlı Gənc Avtomobil Qəzasında Həlak Old...
Bugun.az
Koronavirus xəstəsi karantin postunda saxlanıldı
Son Xeberler
Azərbaycanda bu ərazidə koronavirusa kütləvi yolux...
Son Xeberler
“Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi tutuldu...
Son Xeberler
IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO
Bugun.az