🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sel qurbanlarının sayı artdı, yüzlərlə insandan xəbər yoxdur - FƏLAKƏT

01.11.2024 11:07 51 baxış sayı 1 dəq. oxuma
Sel qurbanlarının sayı artdı, yüzlərlə insandan xəbər yoxdur

İspaniyanın şərqində, xüsusən Valensiya bölgəsində baş verən sel fəlakətində ölənlərin sayısı 158-ə yüksəlib.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, ölüm hallarının əksəriyyəti Valensiyada olub.

Xəbərdə həmçinin çox sayda insanın itkin düşdüyü və ölü sayının artma ehtimalının davam etdiyi ifadə edilib.

Müdafiə Nazirliyi fəlakət bölgəsində hazırda 1064 əsgərin axtarış-xilasetmə əməliyyatlarında iştirak etdiyini və itkin düşənlərin sayının olduqca çox olduğunu açıqlayıb.

İspaniya Dövlət Meteorologiya İnstitutu (AEMET) Valensiyada yaşanan yağıntıları "əsrin ən pis dövrü" olaraq xarakterizə edib.

Paylaş: