Kim Çen Indan KRİTİK ÇAĞIRIŞ: Müharibəyə hazır olun
Şimali Koreya lideri Kim Çen In Koreya ordusunun zabitlərini müharibəyə hazırlaşmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.
Şimali Koreya lideri zabitlərin iclasında çıxış edərək, ağır beynəlxalq vəziyyətdən danışıb.
Kim Çen In vurğulayıb ki, hazırda ABŞ və Qərb Rusiyaya qarşı müharibə aparır. Və bu döyüşdə “zərbə qüvvəsi” Ukraynadır. O, həmçinin hesab edir ki, yaxın gələcəkdə amerikalılar Cənubi Koreyanın köməyi ilə KXDR-ə hücuma hazır olacaqlar. Onun fikrincə, hazırda Koreya yarımadasında vəziyyət maksimum gərginliyə çatıb.
Şimali Koreya lideri zabitlərin diqqətinə çatdırıb ki, onlar batalyonların təliminə “ürəklərini və canlarını sərf etməlidirlər”. Beləliklə, Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətində olacaq və istənilən tapşırıqları yerinə yetirə biləcək.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli
Son Xeberler
iOS 18.0.1 Yenilənməsi Yayımlandı! Kritik Səhv Düz...
Son Xeberler
Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişikli...
Son Xeberler
Ukrayna'nın NATO yolu bağlanır?
KIBRIT MEDIA
Pakistandan dünyaya çağırış
Son Xeberler
Bulvara gəzintiyə çıxan sakinlərə ÇAĞIRIŞ -
Son Xeberler