Bu şəxslər ildə bir dəfə əsgərliyə çağrılacaq - Yeni QANUN
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.
Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.
Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Qapalı yerlərdə maska taxmayanlar cərimələnib
Son Xeberler
Bu cərimələrin məbləği iki dəfə artırılır
Bugun.az
İcazəsi ləğv olunan şəxslər nə etməlidir? —
Son Xeberler
“Balam mənlə sağollaşmadı, dedi qayıdacağam” -
Son Xeberler
ABŞ-da son 67 ildə ilk
Son Xeberler
Azərbaycana gələn şəxslərə müraciət edildi
Son Xeberler