🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Bu şəhərlərdə və 4 rayonda güclü külək əsəcək - XƏBƏRDARLIQ

11.11.2024 17:28 137 baxış sayı 1 dəq. oxuma
Bu şəhərlərdə və 4 rayonda güclü külək əsəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, sarı xəbərdarlığa uyğun olaraq sabah Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş: