🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Bu ölkə qaranlığa qərq olub

24.10.2024 15:44 137 baxış sayı 1 dəq. oxuma
Bu ölkə qaranlığa qərq olub

Kubada əsas elektrik stansiyalarında davam edən nasazlıqlara görə məktəblərin və iş yerlərinin bir müddət daha bağlı qalmasına qərar verilib.

Kuba Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, oktyabrın 18-də elektrik stansiyalarında yaranan problemlərin aradan qaldırılması işlərinə "Oscar" tropik qasırğası da mane olub.

Açıqlamada xəstəxanalar və digər həyati əhəmiyyətli xidmətlər göstərən yerlərin açıq qalacağı, məktəblərin və digər sahələrin isə oktyabrın 27-dək bağlı qalacağı vurğulanıb.

Hökumət xarici sərmayələrin ölkəyə daxil olmasını əngəllədiyi səbəbilə və enerji böhranına görə ABŞ-ın iqtisadi embarqosunu qınayıb.

Etiketlər

Paylaş: