🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıya yağan leysanın səbəbi...

28.10.2024 12:36 43 baxış sayı 1 dəq. oxuma
Bakıya yağan leysanın səbəbi...

Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir:

"Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".

Paylaş: