8 000 il həbsə məhkum edilən Adnan Oktarın varidatı müsadirə edildi
Türkiyə hökuməti cinayət təşkilatı yaratmaqda və idarə etməkdə təqsirləndirilərək 8 463 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın iki milyard lirəlik (35.1 milyon manat) sərvətini müsadirə edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə mediası xəbər yayıb.
Bildirilir ki, Türkiyə Kassasiya Məhkəməsinin 1-ci Cinayət Palatası iyul ayında Adnan Oktarın cinayət işi üzrə apellyasiya araşdırmasını yekunlaşdırıb, məhkəmə həbs cəzasını təsdiqləyib. Oktarın dəstə üzvlərinin istifadə etdiyi 61 lüks avtomobil və 17 lüks villa isə dövlətin xəzinəsinə keçirilib.
Məhkəmə prosesləri başa çatdıqdan sonra Oktarın qurduğu cinayətkar dəstənin əmlakının xəzinəyə köçürülməsi tamamlanıb. Beləliklə, təşkilatın azı iki milyard lirə olduğu düşünülən əmlakı dövlətə verilib.
Xatırladaq ki, Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib. Onun barəsində "təşkilata rəhbərlik", "FETÖ silahlı terror təşkilatına yardım", "siyasi və ya hərbi casusluğa cəhd", "işgəncə", "azadlıqdan məhrumetmə", "birdən çox şəxslə birlikdə yetkinlik yaşına çatmayanla bir neçə dəfə cinsi əlaqədə olma", "seksual zorakılığa məruz qoyma" və sair maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib. Məhkəmə Adnan Oktarı "terror təşkilatına rəhbərlik etmək", "seksual zorakılıq", "təhsil hüququna mane olmaq", "işgəncə vermək", "şəxsi azadlıqdan məhrumetmə" və "şəxsi məlumatların qeydə alınması" ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılaraq 8 463 ilə çatdırılıb.
Oxşar xəbərlər
Adnan Oktarla bağlı ŞOK FAKT üzə çıxdı:
Son Xeberler
Messi Azərbaycana gəlir
Xəbər Anı
Adnan Oktara 1000 il həbs verildi
Son Xeberler
Çində Öz Oğlunu Satan Qadın Edam Ediləcək
KIBRIT MEDIA
Azərbaycanda minlərlə məhkum vaxtından əvvəl həbsd...
Son Xeberler
Bahçesarayın keçmiş başçısı terror ittihamı ilə mə...
Son Xeberler