118 kiloqramlıq qadın 48 kq arıqlayaraq gözəllik kraliçası oldu
Hindistanəsilli ABŞ sakini sağlamlığı ilə bağlı narahatlıqdan 48 kq arıqlayaraq gözəllik kraliçası olub.
Oxu.Az-ın məlumatına görə, 39 yaşlı qadın öz hekayəsini "The Times of India"ya danışıb.
Vaşinqton ştatının Sietl şəhərində yaşayan Çandni Sinqh biznesdə uğurlu karyera qurub və ayaqqabı istehsalı şirkəti yaradıb. Lakin qeyri-sağlam qidalanma səbəbindən həmişə çox kök olub. 172 sm boyu olan qadının çəkisi 118 kq-a çatıb. Qadın doğuşdan sonra sağlamlığından ciddi narahat olduqdan sonra arıqlamağa qərar verib.
Qadın zərərli qidalardan imtina edərək ənənəvi hind mətbəxi yeməklərini hazırlamağa başlayıb. O, düyü, roti çörəyi, panir pendiri və toyuq kari yeyib. Bununla yanaşı, Sinqh davamlı kalori defisitini saxlamaq üçün porsiya ölçülərini nəzarətdə saxlayıb. O, zərərli qidaları dadlı və faydalı alternativlərlə əvəz etmək üçün bu məhsulları seçib.
Bundan əlavə, Sinqh həftədə üç-dörd dəfə idmanla məşğul olmağa başlayıb. O, yeriməyi və yüngül qaçışı idman zalında güc məşqləri ilə birləşdirib.
Qidalanma rejiminin dəyişdirilməsi və ciddi məşqlər sayəsində Sinqh 118 kq-dan 70 kq-a qədər arıqlayıb və bir çox sağlamlıq problemlərindən xilas olub. Üstəlik, özünə o qədər inamlı olub ki, "Mrs. Grand International USA 2024" evli qadınlar üçün gözəllik müsabiqəsində iştirak edib və qalib gəlib.
Oxşar xəbərlər
Maykl Cordan 200 kiloqramlıq balıq tutdu
Şou Xəbər
Su pulunun çoxluğunu görən qadın infarkt keçirib ö...
Xəbər Anı
COP29-da restoran, gözəllik salonları bağlanacaq?
Xəbər Anı
Sirkə turşusundan zəhərlənən qadın öldü
Bugun.az
54 yaşlı Məleykə Əsədova yeni görkəmdə:
Şou Xəbər
TikTok bu şəxslər üçün gözəllik filtrlərini qadağ...
Bugun.az