🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yumurtanı əsla bu halda yeməyin - DİQQƏT!

01.11.2024 11:26 60 baxış sayı 2 dəq. oxuma
Yumurtanı əsla bu halda yeməyin

İnsan sağlamlığı üçün ən əhəmiyyətli zülal mənbəyi sayılan yumurtanın çiy halda, yoxsa bişmişinin daha faydalı olduğu çoxlarını düşündürən suallarından biridir. SİA bu yazıda oxucuları çiy və bişmiş yumurta arasındakı fərqlə tanış edib.

Çiy yumurta zərərlidir

Ekspertlərin sözlərinə görə, çiy yumurtanın iki əhəmiyyətli zərəri var. Birincisi, çiy yumurta B7 vitamini qəbulunu ləngidir. Digər zərəri isə salmonella mikrobu əmələ gətirməsidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.

Bişmişi daha faydalıdır

Bişmiş yumurtanın qida dəyəri azalsa da, aparılan tədqiqatlar göstərib ki, çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyərləri baxımından ciddi fərq yoxdur.

Bununla belə ekspertlər yumurtanı tam bişirib yeməyi məsləhət görür. Yumurtanın tərkibindəki mühüm protein qaynaqlarından biri olan avidin yumurta bişəndə biotin ilə birləşərək olduqca əhəmiyyətli protein yaradır. Nəticə etibarilə ancaq tam bişmiş yumurta orqanizmi zülalla təmin edir.

Etiketlər

Paylaş: