Kərə yağı kimlərə olmaz? - Həkim TÖVSİYƏSİ
Kərə yağı bir çox insanın sevdiyi məhsuldur. Faydasından əlavə o çörək-bulka məmulatlarına təkrarolunmaz ətir verir, yeməklərin dadını daha zərif və doyurucu edir. Lakin dad keyfiyyətlərinə baxmayaraq, kərə yağı bəzi kateqoriya insanlar üçün sağlamlığa təhlükəli ola bilər.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə aif.ru rusiyalı mütəxəssislərə istinadla xəbər verib.
Bildirilir ki, kərə yağının qəbulu kəskin pankreatit və laktoza dözümsüzlüyü olan insanlar üçün tamamilə əks göstərişdir. Özü də onlara yağ təkcə təmiz halda deyil, çörək-bulka və digər xörəklərin tərkibində də olmaz.
Hamilə və süd verən qadınlarda çəki kəskin şəkildə artırsa, onlar da kərə yağı qəbulunu məhdudlaşdırmalıdırlar.
Yeddi aylığa qədər uşaqlara isə bu məhsulu vermək ümumiyyətlə məsləhət görülmür.
Mədə-bağırsaq problemləri olan yaşlı insanlara diyetoloqlar gündə 10 qramdan çox yağ yeməməyi məsləhət görürlər. Bu yaşda yağlı və kalorili qidalar çətin həzm olunur və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Bundan əlavə, kərə yağı artıq çəkisi, aterosklerozu, öd daşı xəstəliyi, ürək-damar xəstəlikləri, xüsusilə metabolik xarakterli xəstəlikləri olan insanlara əks göstərişdir. Bunun səbəbi məhsulun tərkibində xolesterinin yüksək olması və kalorililiyidir.
Qeyd edək ki, sağlam insanlara kərə yağı mötədil miqdarda - gündə 30 qramdan çox olmamaq şərti ilə çox faydalıdır. Bu məhsulda vitaminlər ("A", "B1", "B2", "B5", "D", "E", "PP", "K"), minerallar (maqnezium, natrium, kalsium, kalium, fosfor, sink, mis, dəmir, manqan), 20-si əvəzolunmaz olan 150 yağ turşusu, beta-karotin, omega-3-6 var. "A" vitamini miqdarına görə heç bir bitki yağı kərə yağı ilə müqayisə edilə bilməz. Yağ əsası sayəsində orqanizm B, E və D qrupu yağda həll olan vitaminləri daha yaxşı mənimsəyir.
Təbii mənşəli olması, asan həzm olunması və qidalı maddələrlə zəngin tərkibi müntəzəm istifadə zamanı kərə yağının sağlamlığa müsbət təsirindən danışmağa imkan verir. Enerji mənbəyi kimi, xüsusilə soyuq qış şəraitində fəal həyat üçün güc və enerji verir. Yağ mənbəyi kimi - hüceyrələrin yenilənməsinə kömək edir ki, bu da zehni əmək zamanı iş qabiliyyətini və davamlılığı artırır. Bundan başqa xərçəng xəstəliklərinin profilaktikasına xidmət edir, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur və yaşlanma prosesini yavaşladır, serotonin istehsalını stimullaşdırır. Gündəlik bu dozada istifadə qəbizlik riskini azaldaraq mədə-bağırsaq sisteminin işini normallaşdırır, selikli qişaların işini tənzimləyir, cinsiyyət hormonlarının sintezində iştirak edir, immuniteti gücləndirir, sümük sistemini və dişləri möhkəmləndirir, "yaxşı" xolesterinin səviyyəsini artırır, bu da ürək-damar sistemini möhkəmləndirir, qan damarlarının elastikliyini və tonusunu qoruyur, antifunqal və antimikrob xüsusiyyətlərə malikdir, görmə qabiliyyətini, həmçinin dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır.
Etiketlər
Oxşar xəbərlər
Ağrıyan qulağınıza sarımsaq yağı vurun:
Tibbi məlumatlar
1 idi, 5 manat oldu - Bu məhsulun qiyməti bahalaşı...
Bugun.az
Orqanizmi xəstəliklərdən qoruyur:
Tibbi məlumatlar
İstifadə etdiyimiz bu yağ ölümcül təhlükəlidir – X...
Son Xeberler
COVID-19 ilə mübarizədə imuniteti gücləndirmək üçü...
Son Xeberler
Covid-19-dan sağalmanı ləngidən və sürətləndirən q...
Son Xeberler