Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bir müalicə formasıdır və necə gəldi, kortəbii edilmiş masaj xeyrindən çox zərər verə bilər.
- Masaj xidməti olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəciklərin geriyə sorulması baş verir və bununla da ürəyimizin işini həddindən artıq rahatlandırır.
- Masaj zamanı bədəndə xoşbəxtlik hormonları çoxalır, ağrılar azalır və ən əsası insan stressdən uzaqlaşır, yuxusu dərinləşir.
- Masaj əzələlərin qanla təchizatını yaxşılaşdırır, bununla da əzələ qıcolmalarını aradan götürür.
- Sinir inervasiyasının pozulması nəticəsində ayaqlarda, qollarda nazikləşmələr baş verir, bu zaman masaj ən səmərəli müalicə vasitəsidir.
- Masaj piylərin əridilməsinə səbəb olur, məsələn qarının, kürək altı piylərin və s. həddindən çox önə çıxması zamanı masaj faydalıdır.
- Sellülitlərin yox edilməsi üçün də masaj faydalıdır.
- Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur.
Masaj həm quru, həm də müxtəlif yağlarla ola bilər. Əgər masaj zamanı dəri sorulmasının artmasını nəzərə alsaq, onda tam təbii yağlarla masaj daha səmərəli olar, məsələn sızma zeytun yağı ilə tərkibində neft mənşəli yağlarla duru parafinlə masajı mən məsləhət görmürəm, çünki belə yağlar dərimizdən daxilə sorulur və damar tıxanmalarına səbəb olurlar. Masaj əvvəlcə sığallama, sonra çimdikləmə, sonra səthi olaraq təzyiq, sonra burma, sonra vurma və yavaş-yavaş döycələməni artırma, sonra əlin içi ilə şillələmə, sonra növbəli barmaqlarla döyəcləmə və geriyə həyata keçirilir. Masaj birdən birə-dərindən edilməməlidir, əvvəlcə səthi, sonra yavaş-yavaş dərinləşməli və sonda yenə səthiləşməlidir. Masajın sonunda dəri qızarmalıdır
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların...
SON Xəbər
Dağtərxunu: Qaraciyər üçün 7 Günlük Möcüzə
Bugun.az
Koronavirusa qalib gələn 90 yaşlı Nabat nənənin se...
Son Xeberler
Gənclər arasında sürətlə yayılan xəstəlik
Tibbi məlumatlar
Sarıkök bu xəstəliyi sağaldırmış
Bugun.az
Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az