🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq? Ekspert tövsiyələri

17.11.2024 11:22 51 baxış sayı 3 dəq. oxuma
Arıqlayan zaman dəri sallanmasından necə xilas olaq?

Arıqlamağa qərar verən bir çox insan çəki azaldıqdan sonra sallanmış dəri problemi ilə qarşılaşır. Bəs bu narahatlıqdan necə qaçmaq və dərinin elastikliyini, tonusunu necə qorumaq olar?

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, Rusiyanın tanınmış plastik cərrahı Aleksey İqnatenko bununla bağlı öz tövsiyələrini bölüşüb.

Ekspertin sözlərinə görə, arıqlamaq - orqanizmin mürəkkəb yenidənqurma prosesidir, burda əsas amillərdən biri çəkini tədricən azaltmaqdır.

"Çox sürətli arıqlama dərinin elastikliyinin itirilməsinə səbəb ola bilər, buna görə də dərinin dəyişikliklərə uyğunlaşması üçün yavaş-yavaş arıqlamaq vacibdir", - deyə o bildirib.

Həkim digər vacib aspektin əzələ tonusunun saxlanılmasını göstərib.

"Bu məsələdə dartınma məşqləri kömək edəcək. Əzələləri gücləndirməyə yönəlmiş müntəzəm güc məşqləri dəri tonusunu qorumağa və sallanmanın qarşısını almağa kömək edəcək. Arıqlama zamanı metabolizm əhəmiyyətli dərəcədə dəyişir. Bu zaman sadəcə pəhrizdə olmaq deyil, düzgün qidalanmaq və dəri sağlamlığı üçün lazım olan kifayət qədər zülal, vitaminlər və minerallar qəbul etmək lazımdır", - deyə o izah edib.

Aleksey İqnatenko, həmçinin dərinin nəmləndirilməsi və elastikliyinin qorunması üçün kifayət qədər su içməyi tövsiyə edir.

"Buna dəstək vasitələri kimi masaj məsləhətdir. Üz və bədənin müntəzəm masajı qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və dəri tonusunu qoruyur", - deyə həkim əlavə edib.

Ekspert kosmetoloji xidmətlərin köməyini də vurğulayıb.

"Belə ki, radiodalğalı liftinq proseduru kollagen liflərini stimullaşdıraraq dərini möhkəmləndirir. Ultrasəs liftinq (ultrasəs terapiyası) kollagenin təbii istehsalını stimullaşdırır və dəri tonusunu yaxşılaşdırır. Lazer prosedurlarının növlərindən biri olan işıq lazerləri ilə stimulyasiya dərinin regenerasiyasına kömək edir. Botoks qırışları hamarlayır və dərini möhkəmləndirir. Həmçinin toxumaların regenerasiyasını stimullaşdıran plazma ilə dəriyə təsir edən plazmoterapiyanın effektivliyini də vurğulamaq istərdim. Vitaminlər, mikroelementlər və digər aktiv maddələrin dəri altına yeridilməsi proseduru olan mizoterapiya isə dərinin ümumi vəziyyətini yaxşılaşdırır".

Həkim sonda bildirib ki, dəriyə müntəzəm qulluq, nəmləndirici vasitələr, vitaminlər və antioksidantlarla zəngin serumlardan istifadə elastikliyi qorumağa və dərinin sallanmasının qarşısını almağa kömək edir.

Paylaş: