🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" tapdılar

11.11.2024 17:20 42 baxış sayı 2 dəq. oxuma
Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" tapdılar

Alimlər idmanla məşğul olma həvəsinin "açarını" tapıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İspaniyanın Milli Xərçəng Araşdırmaları Mərkəzi məlumat verib. Tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Bildirilir ki, idmanla məşğul olmaq istəyinin əsasında duran mexanizmləri müəyyənləşdirmək üçün alimlər iki qrup siçan üzərində eksperiment aparıblar. Birinci qrup adi gəmiricilərdən, ikinci qrup isə yüksək yağlı pəhriz nəticəsində artıq çəki yığmış heyvanlardan ibarət olub.

Tədqiqat göstərib ki, intensiv məşqlər zamanı siçanların orqanizmində iki zülal - "p38α" və "p38γ" aktivləşir. Bu prosesə "interleykin 15" ("IL-15") adlı başqa bir zülal da cəlb olunur.

Fiziki hərəkətlər "p38γ" zülalını aktivləşdirir ki, bu da orqanizmdə "IL-15"in sintezini artırır. Qanda "IL-15" səviyyəsinin yüksəlməsi beyinə fiziki aktivliyin artması haqqında siqnal ötürür, bu da hərəkətliliyin artmasına səbəb olur.

Tədqiqat müəllifləri iddia edirlər ki, piylənmə və idman zamanı əzələlərdə "p38γ" zülalının aktivləşməsi arasındakı əlaqə artıq çəkidən xilas olmaq üçün açar rolunu oynaya bilər.

Onlar həmçinin qeyd edirlər ki, müntəzəm məşqlər piylənmənin profilaktikası və müalicəsinin effektiv üsuludur.

Etiketlər

Paylaş: