
Uber Rekord Qiymətə Trendyol Go-nu Aldı!

ABŞ-ın nəhəng texnologiya və nəqliyyat şirkəti Uber, Türkiyənin aparıcı onlayn çatdırılma platformalarından biri olan Trendyol Go-nun səhmlərinin %85-ni 700 milyon dollarlıq rekord qiymətə əldə etdi. Əməliyyat müvafiq qurumların təsdiqlərindən sonra rəsmən başa çatacaq.
Trendyol Qrupunun açıqlamasında Trendyol Go-nun Uber Technologies-ə inteqrasiyası üçün razılaşmaya gəlindiyi bildirilib. Sazişə əsasən, Uber Türkiyə bazarında çatdırılma əməliyyatlarını Trendyol Go vasitəsilə davam etdirəcək. Platforma istifadəçilərə, satıcılara və kuryerlərə mövcud formada xidmət göstərməyə davam edəcək.
Alqı-satqı başa çatdıqdan sonra, Uber-in qlobal yemək və ərzaq çatdırılma şəbəkəsi olan Uber Eats-in əsas xüsusiyyətləri Trendyol Go-ya inteqrasiya olunacaq. Bu yolla Uber həm Türkiyə bazarında yerli istifadəçi təcrübəsini qorumağı, həm də öz qlobal çatdırılma infrastrukturunu genişləndirməyi hədəfləyir.
Trendyol Qrupunun prezidenti Çağlayan Çetin açıqlamasında bildirib ki, "Trendyol GO-nun yeni quruluşu ilə daha da böyüyəcəyinə və güclənəcəyinə tam əminik". Trendyol Go hazırda Türkiyə üzrə 19.000 kuryerlə xidmət göstərir və 90.000-dən çox restoran və mağazadan alış-veriş və yemək çatdırılmasını təmin edir.
Uber-in bu addımı ilə Türkiyədə çatdırılma bazarındakı rəqabətin daha da artacağı gözlənilir.
Etiketlər
Oxşar xəbərlər

Uber iOS üçün yeni "vidcet" təqdim edir
Texnologiya xəbərləri

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faiz...
Bugun.az

Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıld...
Son Xeberler

Uber Elektrikli Avtomobillərə Keçir: Son Qərar!
Texnologiya xəbərləri

Steam Yeni Rekord Qırır: Oyunçular Həyəcan İçində!
Texnologiya xəbərləri

Ermənistanda bir sutkada rekord sayda yoluxma qeyd...
Son Xeberler