
Suda Görünməz Ordu: Avstraliyanın Yeni Sualtı Droqları

Güclü bir donanma qurmağa çalışan Avstraliya, səssiz və görünməz bir qüvvəyə sahib olmaq üçün addım atıb. Ölkə, su altında kəşfiyyat toplamaq və hücumlar həyata keçirmə qabiliyyətinə malik pilotsuz sualtı dronlar üçün layihə başlatdı.
Layihəyə əsasən, gələn beş il ərzində onlarla muxtar hücum dronu donanmaya qoşulacaq. Səssiz hərəkət etmə, uzun müddət dərin sularda qalma və həm kəşfiyyat, həm də hücum əməliyyatları həyata keçirmə qabiliyyətinə görə sualtı dronlar müasir donanmalarda ən vacib vasitələrdən birinə çevrilir. Bu sahəyə investisiya yatıran ölkələrin sayı da artmaqdadır. Avstraliya, 1,1 milyard dollarlıq büdcəsi olan "Ghost Shark" layihəsini həyata keçirərək bu ölkələrə qoşulur.
Layihə, muxtar sualtı dronlar sahəsində dünyanın ən qabaqcıl texnologiyalarından biri hesab olunur. Təxminən 11 metr uzunluğunda olan bu muxtar vasitələr 6000 metr dərinliyə qədər dalış edə və 10 günədək su altında qala bilir. Kəşfiyyat toplama, müşahidə və hücum əməliyyatlarında istifadə olunacaq dronlar, Avstraliya ərazisi daxilində hədəflərə uzaq məsafələrdən də zərbə endirə bilər.
Süni intellekt əsaslı muxtar sistemləri sayəsində vasitələr missiyalar zamanı insan müdaxiləsi olmadan marşrut çəkir, yeni hədəflərə doğru hərəkət edir və dəyişən şərtlərə uyğunlaşır. Modullaşdırılmış gövdə quruluşu, kəşfiyyat sensorları və sonar sistemlərindən tutmuş elektron müharibə modullarına və silah yükünə qədər müxtəlif avadanlıqlarla təchiz olunmasına imkan verir. Bu, eyni platformanın həm kəşfiyyat, həm də hücum əməliyyatlarında istifadəsinə imkan verir. Onların aşağı səs imzası və səssiz hərəkəti düşmənlər tərəfindən aşkar edilmələrini çətinləşdirir. 10 gün su altında qalma qabiliyyəti onları uzunməsafəli missiyalarda strateji əhəmiyyətli aktiv halına gətirir.
Şifrələnmiş rabitə sistemləri sayəsində bir-biri ilə və pilotlu sualtı qayıqlar və ya peyklər şəbəkəsi ilə əlaqələndirilərək işləyə bilirlər. Ənənəvi sualtı qayıqlara nisbətən daha aşağı qiymətə effektivlik göstərməsi də əhəmiyyətli üstünlükdür. Bu sualtı dronlar Avstraliyanın nüvə sualtı qayıq donanması qurmaq layihəsinin bir hissəsidir. Lakin, ABŞ və Böyük Britaniya ilə imzalanmış AUKUS müqaviləsinə əsasən, Avstraliya nüvə sualtı qayıq donanmasını yalnız 2030-cu illərdə istifadəyə verə biləcək.
Etiketlər
Oxşar xəbərlər

Böyük Britaniyanın Nəhəng Müstəqil Sualtı Qayığı
Texnologiya xəbərləri

Su altında uçmağın yeni yolu: CudaJet
Texnologiya xəbərləri

Bu gün "Qanlı Ay" görünəcək
Bugun.az

Buna görə enişə imkan verilməyib - Sabiq rus deput...
Bugun.az

Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik...
Son Xeberler

Avstraliyanın şimal sahillərində tropik siklon kəs...
Bugun.az