
PlayStation 5 oyununun Nintendo Switch 2-yə gəlişi gözlənilir!

PlayStation 5 üçün xüsusi olaraq hazırlanmış və bu yaxınlarda kompüterlər üçün də satışa çıxarılan Stellar Blade oyununun Nintendo Switch 2 üçün də satışa çıxarılacağı ehtimalı güclənir. Cənubi Koreyalı Shift Up şirkətinin yeni nəsil Nintendo konsolu üzərində işlədiyi məlum olub.
Xəbərlərə görə, Shift Up əməkdaşlarına yüzlərlə Nintendo Switch 2 cihazı hədiyyə edib. Bu da şirkətin artıq yeni konsol üçün inkişaf prosesinə başladığını göstərir. Lakin, inkişaf etdirmə qrupu hələlik rəsmi açıqlama verməyib.
Stellar Blade oyununun nəşr hüquqları Sony Interactive Entertainment-ə məxsusdur. Şirkət oyunu əvvəlcə PlayStation 5 üçün, ötən həftə isə kompüter versiyasını satışa çıxardı. Kompüter versiyası tez bir zamanda yüksək satış rəqəmlərinə çatıb və PlayStation brendinin kompüterdə ən uğurlu tək oyunçu oyunu olub. Lakin, Sony-nin Nintendo platformasında da nəşrçi olub-olmayacağı hələlik aydın deyil.
Nintendo Switch 2-nin texniki imkanları əvvəlki nəslə nisbətən xeyli artıb. Bu da yüksək keyfiyyətli oyunların konsola uyğunlaşdırılmasını texniki cəhətdən daha asan edir. Elden Ring, Final Fantasy 7 Remake Intergrade və Cyberpunk 2077 kimi AAA oyunların Switch 2 versiyalarının da yaxın zamanlarda elan olunması Stellar Blade oyununun platformaya gətirilmə ehtimalını artırır. Bəs siz bu barədə nə düşünürsünüz?
Oxşar xəbərlər

Nintendo Switch: PlayStation 2-ni geridə qoydu!
Texnologiya xəbərləri

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri

Nintendo Birinci Nəsil Switch üçün Dəstəyi Dayandı...
Texnologiya xəbərləri

Nintendo Switch 2 PlayStation 4-ü Geridə Qoydu!
Texnologiya xəbərləri

GTA 6 Nintendo Switch 2-də Olmaya Bilər
Texnologiya xəbərləri

Nintendo Switch üçün iki əyləncəli oyun gəlir!
Texnologiya xəbərləri