Google axtarışda önəmli yenilik elavə etdi!
Google axtarış nəticələrində personallaşdırmanı söndürməyi asanlaşdıran yeni bir xüsusiyyəti sınamağa başlayıb. Axtarış nəticələrinin altındakı "Şəxsi olmadan sına" linkinə klikləməklə, istifadəçilər indi onların şəxsi tarixçələrindən təsirlənməyən daha "neytral" nəticələr əldə edə biləcəklər. Bəs bu xüsusiyyət nə edir və niyə önəmlidir?
Əslində, Google axtarış nəticələrinə əlavə olunan yeni xüsusiyyət, qərəzsiz məlumat axtaran istifadəçilər üçün xüsusilə faydalıdır. Yeni xüsusiyyət cari sessiya ərzində işləyir. Başqa sözlə, linkə klikləməklə personallaşdırılmış nəticələri söndürmək yalnız həmin sessiya üçün təsirlidir və heç bir daimi dəyişiklik etmir. Əvvəllər, oxşar bir təcrübə istəyən istifadəçilər URL-in sonuna "&pws=0" əlavə etməli və ya Google Hesab parametrlərində personallaşdırmanı əl ilə söndürməli idilər. Xoşbəxtlikdən, bütün bu mürəkkəbliklər aradan qalxıb. İndi bir klik kifayət edəcək.
Bu arada, xüsusiyyəti sınayanlar bildirirlər ki, yeni xüsusiyyət mobil qurğularda daha tez-tez görünür. Bu o deməkdir ki, masaüstü istifadəçiləri həmişə bu seçimi görə bilməzlər, çünki istifadəsi qurğu növündən, axtarış terminlərindən və hesab parametrlərindən asılı olaraq dəyişir.
Bəs xüsusiyyət necə işləyir? Əsasən, personallaşdırılmış axtarış nəticələri istifadəçilərin keçmiş axtarış vərdişlərinə və üstünlüklərinə əsaslanır. Lakin bu, bəzən daha geniş perspektivdən məlumata çıxışı çətinləşdirə bilər. Google-ın yeni xüsusiyyəti ilə nəticələr daha şəffaf və qərəzsiz olacaqdır.
Etiketlər
Oxşar xəbərlər
Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Et...
KIBRIT MEDIA
Google Drive-da gözlənilən yenilənmə: Videoları də...
Texnologiya xəbərləri
Android 15 Yenilənməsini Alacaq İlk Telefonlar Açı...
Texnologiya xəbərləri
Google Planşet İstifadəçilərini Unutmayıb! Yeni Ye...
Texnologiya xəbərləri
"WhatsApp"da yenilik - Artıq istifadəçiləri aldada...
Bugun.az
Android 16: Gözləniləndən Erkən Gələ Bilər!
Texnologiya xəbərləri