🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əsasən gizlilik əsaslı "Assassin's Creed Shadows" oyunu gəlir

23.11.2024 21:03 16 baxış sayı 2 dəq. oxuma
Əsasən gizlilik əsaslı "Assassin's Creed Shadows" oyunu gəlir

Ubisoft şirkəti, son dövrlərdə əsasən aksiyon yönümlü olan "Assassin's Creed" seriyasına köklü dəyişiklik edərək, gizlilik elementlərinə üstünlük verəcəyini açıqlayıb. Sözügedən "Shadows" adlı yeni oyunda, seriyaya öz əsas mahiyyətini qaytaracaqları bildirilir.


Ubisoft-un məşhur gizlilik oyunlarından olan "Splinter Cell" seriyasından ilhamlanan "Shadows"da, oyunçulara yeni gizlilik mexanizmləri təqdim ediləcək. Bunlardan ən əsası isə yeni "işıq görünürlüyü" ölçəcidir ki, bu da qaranlıqda tamamilə görünməz olmağa imkan verir. Bu, "Splinter Cell" oyunlarının əsas xüsusiyyətlərindən biri idi və "Shadows"da da yer alması, seriyaya saf gizlilik elementlərinin qayıdışını göstərir.


Naoe adlı personajın əlindəki şurikenlə fənərləri söndürmək və beləcə qaranlıq ərazilər yaratmaq imkanı da var. Bu, düşmənlərdən gizlənmək üçün əlavə taktiki imkanlar təqdim edir. Həmçinin, Naoe düşmənləri uzun animasiyalara ehtiyac duymadan səssizcə neytrallaşdıra bilir.


Ubisoft-un açıqlamasına görə, "Assassin's Creed" seriyasında ilk dəfə olaraq, kölgələrdə gizlənmək düşmənlər tərəfindən tamamilə görünməz olmağa imkan verəcək. Bu, həm açıq havada, həm də binanın içərisində tətbiq olunacaq və seriyadakı əvvəlki gizlilik yanaşmasından əhəmiyyətli dərəcədə fərqlənir.


Uzun müddətdir seriyadan gizlilik əsaslı oyun qaydasına qayıdış gözləyən oyunçular üçün bu xəbər olduqca sevindirici olacaq. "Origins", "Odyssey" və "Valhalla" kimi son oyunlarda rol oynama elementlərinin üstünlük təşkil etməsi, seriyasının öz mahiyyətini unutduğunu düşü¬nənləri narahat etmişdi.


Paylaş: