🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Dyson-dan Süpürmə və Silmə Qabiliyyətli Yeni Robot Tozsoranı

08.09.2025 01:03 1 baxış sayı 2 dəq. oxuma
Dyson-dan Süpürmə və Silmə Qabiliyyətli Yeni Robot Tozsoranı

Dyson şirkəti robot tozsoranlar seriyasına yeni bir model əlavə edib. Spot+Scrub Ai adlı bu cihaz, Dysonun ilk dəfə olaraq həm tozsoran, həm də silmə funksiyasına malik robot tozsoranıdır. Əvvəlki Dyson modelləri yalnız quru təmizləmə aparırdı.


Yeni robot tozsoran, süni intellekt texnologiyasından istifadə edən kamerası ilə yer səthindəki kir və ləkələri analiz edir. Xüsusi LED işıq sistemi ilə ləkələri tarayır, kirin səviyyəsini ölçür və lazımi təmizləmə dövrünü müəyyənləşdirir. Çətin ləkələrlə qarşılaşdıqda robot 15-ə qədər təmizləmə dövrü edə bilir.


Spot+Scrub Ai-nin ən diqqətçəkən xüsusiyyətlərindən biri də özünü təmizləmə mexanizmidir. Nəm təmizləmə üçün istifadə olunan fırça hər fırlanmadan sonra təmiz su ilə yuyulur, bu da zolaqların və ləkələrin yerə qalmasının qarşısını alır. Cihaz künc və kənarlarda daha effektiv təmizləmə üçün 4 santimetrə qədər uzana bilir.


Cihazın süni intellekt sistemi evdə 200-dən çox müxtəlif əşyanı tanıya və maneələrə dəymədən istiqamətini dəyişə bilir. Xalçalarda işləyərkən sorma gücü dörd dəfə artır. Spot+Scrub Ai-nin yeni nəsil doldurma və təmir stansiyası da fərqlənir. Tozu avtomatik olaraq, kisəsiz siklon texnologiyasından istifadə edərək boşaldır. Su çənini doldurur və silindiri təmizləyir. Robot tozsoranı MyDyson tətbiqi vasitəsilə də idarə oluna bilər.


Dyson hələlik Spot+Scrub Ai-nin qiymətini açıqlamamayıb.


Paylaş: