🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

BYD Denza N9: Lüks SUV-nin Dəbdəbəli İnteryeri

30.11.2024 15:03 9 baxış sayı 2 dəq. oxuma
BYD Denza N9: Lüks SUV-nin Dəbdəbəli İnteryeri

Dünya bazarlarında Çin avtomobil nəhənglərinin üstünlüyünün artması heç kimə sirr deyil. Ölkəmizdə də günbəgün öz mövqeyini gücləndirən BYD, yeni SUV modelinin qlobal təqdimatından əvvəl avtomobilin interyer dizaynını nümayiş etdirdi. Görünür, BYD Denza N9 özünün zərif interyeri ilə çoxlarının diqqətini cəlb edəcək.


BYD və Mercedes-Benz EQS-dən bir qədər uzun olan (5258 mm uzunluq, 2030 mm en, 1830 mm hündürlük və 3125 mm baza) Denza N9, lüks seqment üçün hazırlanır. İnteryer dizaynına nəzər salsaq, premium keyfiyyətli sükan və oturacaqları görə bilərik. Ən diqqət çəkən cəhət isə avtomobil konsolundakı nəhəng ekranlardır. Ön konsolda bütün funksiyalara nəzarət üçün 17.3 düymlük böyük bir ekran, sürücü tərəfində isə 13.2 düymlük ekran yer alıb. Sərnişini də unutmayan BYD, sərnişin tərəfinə də 13.2 düymlük əyləncə ekranı əlavə edib.


Mərkəzi konsolda gizli, soyudulmuş və isidilə bilən, içkilər və qəlyanaltılar üçün 11.5 litr həcmli bölmələr də mövcuddur. Hibrid və tam elektrikli olmaqla iki versiyada təqdim olunacaq Denza N9-un hibrid versiyası 2.0 litrlik turbo mühərrik və üç elektrik mühərriki ilə 911 at gücü, 47 kVt/saat batareya tutumuna malikdir. Tam elektrikli versiya isə üç elektrik mühərriki ilə 951 at gücü ilə təqdim olunacaq. Batareya tutumu hələ açıqlanmasa da, 100 kVt/saat tutuma sahib olacağı iddia olunur. BYD-in super avtomobili Yangwang U9-un Almaniyada sürət rekordunu qırdığını da qeyd etmək lazımdır!


Paylaş: