🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Qızlar seksual görünür, amma üzlərindəki nur itib" - Çingiz

15.09.2020 16:42 425 baxış sayı 5 dəq. oxuma
"Qızlar seksual görünür, amma üzlərindəki nur itib" -

"Açılışlara, dəvətlərə getmirəm. Orada şou-biznes nümayəndələri olur. Gəlirlər, "necəsən" və gedir. Çox qeyri-səmimidilər. Çox insan olan yeri sevmirəm. Hamı ilə görüşməlisən, salamlaşmalısan, bu, mənim üçün işgəncədir. Səni yola verirlər və sən də kimisə yola verirsən. İnsanın həyatında hər şey çox olmamalıdır: pul, dost...".

Bu sözləri müğənni Çingiz Mustafayev "Ulduzun vaxtı" proqramında deyib. Sənətçi bildirib ki, açılışlara qatılmır. O, şou-biznes nümayəndələrini qeyri-səmimi adlandırıb.

Çingiz "Yeni ulduz" yarışmasındakı illərindən bəhs edib:

"Birinci olmuşdum, amma əsas onu saxlamaq idi. Kimisə atası, dayısı pul buraxıb qabağa çəkir. Məndə isə bu yox idi. Metroya minirdim, hamı söz atırdı: kimi bəyənmirdi, mənfi nəsəd eyirdi. Buna görə də maşın lazım idi, amma pulum yox idi almağa. Çalışdım və hər şeyi özüm etdim. Heç vaxt dayanmadım, ancaq işlədim".

"İfaçıların 90 faizi sənət üçün yox, kütlə üçün çalışırlar" sözlərinə Çingiz belə cavab verib:

"Düzgün yoldadırlar, ağıllıdırlar. 30 yaşım olacaq, son 3 ildir pul üçün oxuyuram. Ona qədər dərin mənalı mahnılar oxuyurdum, cəmiyyətə bu, lazım deyil. Dünyanın çox yerində ağıllı insan azdır, 90 faiz savadsız, musiqi zövqü pisdir. Yaxşı insan daha azdır. Əgər tamaşaçı aldanmaq istəyirsə, onu aldat. Mən də ildə bir dəfə komersiya məqsədli mahnı buraxıram. Dünyaya çıxmaq üçün layihə hazırlayıram".

Evlənməklə bağlı sözlərə isə müğənni belə bir düşüncəsinin olmadığını bildirib:

"İnsan ağılsız vaxtı evlənməlidir. Ağlın artanda kaprizlərin böyüyür. 16 yaşında sevirsən, göylərdə uçursan və evlənirsən. Böyüdükcə, başa düşürsən ki, qadın necə olmalıdır, görünüşündə nələri görmək istəyirəm. Hamımız sürətpərəstik. Görünüşün böyük rolu var. İnsanların daxili onun üzünə, gözünə vurur. Böyük burunlu qızı bəyənərəm, əsas dodaqları yekə olmasın. Böyük burun çirkinlik deyil. Belə qızlar var, amma azalır. İnsanlar təbii qız görəndə sevinirlər, tapıntı kimi baxırlar. Başqa ölkələrlə müqayisədə bizdə aptek və market çoxdur. Bir də aşırı dərəcədə gözəllik salonu var. Demək, gözəllik yoxdur ki, salonlara axışırıq? Qızlar 90 faiz halda salonlarda gözəlləşmir. Qadın deyəndə incəlik, gözəl aura, şarm və üzdə nur düşünürsən. İndi o nur yoxa çıxıb. Bilmirəm nədir, yekə dodaqlar, burun, yoxsa nədir. Güləndə gözlər bərəlir, dodaqlar açılır, dişlər qabağa gəlir. Üzdəki nur itir. Ola bilsin seksualdır, amma nur yoxdur. Üzdəki ifadə səni başqa məqsədlə cəlb edir. İndi bütün qızların sifəti eynidir. İstərdim qızlarda bir az özgüvən olsun, olduqları kimi özlərini sevsinlər".

Paylaş: