🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məşhur aparıcı illər sonra övladlıq olduğunu öyrəndi "Saatlarla ağladım" – VİDEO

18.01.2021 12:19 681 baxış sayı 2 dəq. oxuma
Məşhur aparıcı illər sonra övladlıq olduğunu öyrəndi

"Atam anamın məni atdığını demişdi, amma əslində elə deyildi".

Bu sözləri teleaparıcı Sona Alməmmədova deyib.

Övladlıq olduğunu öyrənən aparıcı yaşadıqlarını tamaşaçılarla bölüşüb:

"Ev təmizləyərkən sənədlər olan yerdə bir kağız gözümə dəydi. Üzərində yazılan yazı diqqətimi çəkdi – "övladlığa verilir". O zaman 8-ci sinifdə oxuyurdum. Böyük şok keçirdim. Oturub saatlarla ağladım. Ailəmə bu barədə heç nə demədim, heç üzlərinə də vurmadım. Atam anamın məni atdığını demişdi. Məlum oldu ki, anam məni atmayıb, atam Azərbaycana gələndə məni də gətirib. Anamın kim olduğunu ötən il öyrəndim. İş yoldaşım vasitəsi ilə onu tapdım. Anam 2007-ci ildə dünyasını dəyişib. Anamın xalaları dedi ki, ağır xəstə idi. Onu müalicə etməyə məcbur edə bilmədik".

Paylaş: