"Həyat yoldaşım rəhmətə gedəndən sonra depressiyaya düşdüm. İllərlə xəstə yatdım. Özümə gələ bilmirdim. Ayılanda da eşitdim ki, Səyavuşla haqqımda söz-söhbət yayılıb.
Hər kəsin arxa-dayağı var idi. O məqamda mənim heç kimim yox idi. Məni sahibsiz bilib adıma belə söz çıxardılar. Mən qayınanamla birgə yaşayırdım. Abır-həyama bükülən adamam. Başımı qaldırıb heç kəsin üzünə baxan olmamışam, artıq danışmamışam. 40 ilə yaxındır bu söhbəti ürəyimdə saxlayıram. İndi də utana-utana deyirəm”.