🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz?"

01.01.2021 14:03 370 baxış sayı 2 dəq. oxuma
"Ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz?"

“Bu müğənniciklərə kimsə desin də əsgər formasını əyninizə geyinib efirə çıxmayın! Bir az hörmətiniz olsun”.

Bu sözləri tanınmış aparıcı Lalə Mustafayeva sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sənət adamlarının hərbi forma geyinməsini sərt şəkildə qınayıb:

 “Oğullar can qoyub o formalarda. Xüsusilə ay xanım müğənnilər, dar hərbi şalvarı hara geyinirsiniz? Bir az abrınız olsun! Kimsə məni qınamasın. Amma həqiqətən baxanda iyrənirəm və utanıram! Həm qadın həm kişilər, etməyin bunu! Şəhidlərdən utanın!”

İzləyiciləri onun müğənni Şəbnəm Tovuzlunun bostanına daş atdığını yazsalar da, aparıcı bu sözlərin forma geyinən hər bir müğənniyə aid olduğunu bildirib. 

Paylaş: