🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamət AÇIQLANDI

06.09.2020 11:23 421 baxış sayı 2 dəq. oxuma
Xərçəng xəstəliyinin yaranmasını xəbər verən əlamət

Rusiyanın onkoloq cərrahı Mixail Myasnyankin dəridəki xalların hansı dəyişikliklərinin inkişaf edən xərçəng xəstəliyinin əlaməti ola biləcəyindən danışıb.

Bu barədə onkoloq "Beşinci kanal"a müsahibəsində bildirib.

Mütəxəssis hər şeydən əvvəl xalın beş millimetrdən çox olacağı təqdirdə həkimlərlə əlaqə saxlamağı məsləhət görüb. Həm də onun sözlərinə görə, xalın rənginə diqqət yetirmək vacibdir.

"Əgər xal əvvəlcə açıq-qəhvəyi idisə və zamanla qaralmağa başlayırsa, onda bu mütəxəssisə müraciət üçün məcburi səbəbdir", - onkoloq qeyd edib.

O, vurğulayıb ki, heç bir halda özbaşına xalın formalaşmasının qarşısını almağa çalışmaq olmaz, çünki belə cəhdlər təhlükəli ola bilər.

Paylaş: