🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ucuzlaşan Türk lirəsinin ətrafında baş verir ? - AÇIQLAMA

26.08.2020 09:29 386 baxış sayı 8 dəq. oxuma
Ucuzlaşan Türk lirəsinin ətrafında baş verir ? -

Türkiyə Mərkəzi Bankının ölkə valyutasının məzənnəsi sabitləşdirmək üçün göstərdiyi səylərə baxmayaraq, lirə ABŞ dolları və avroya qarşı ucuzlaşmaqda daha bir rekorda “nail” oldu. Avqust ayının əvvəlindən kəskin ucuzlaşan lirənin bir neçə gün ərzində dollara qarşı məzənnəsi 6 faiz azalaraq 7,37 faizədək geriləyib. İlin əvvəlindən Türkiyə valyutası dəyərinin üçdə birini itirib.

Bu barədə araşdırmalarını Metbuat.az-a özəl olaraq danışan Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, Türk lirəsi bu həftə ABŞ dollarına qarşı rekord səviyyəyə enib. Qardaş ölkə üçün buna oxşar vəziyyət 2018-ci ildə də yaranmışdır.

Murad Calalov bildirdi ki, indiki vəziyyəti pandemiya ilə əlaqələndirsək, dövlətlər monitar sabitliyi qorumaq, infilyasiyanı azaltmaq və likvidlikləri artırmaq üçün uçot dərəcələrini aşağı salırlar.

''Türkiyə dövləti 2018-ci ildən bəri faiz dərəcələrini gözə çarpacaq dərəcədə endirməyə nail olub. Hansı ki, o dövürdə faiz dərəcləri 20%-in üstündə idi. Pandemiya ilə əlaqədər mərkəzi bank aprel ayından sonra yeniden uçot dərəcələrini 8,75%-dən 8,25%-ə sala bilib. Belə halın baş verməsi də ölkənin pul vahidinin ucuzlaşmasına səbəb olur.

Amma Türkiyənin milli pul vahidi Lirənin kəskin şəkildə uvuzlaşması tam olaraq bundan qaynaqlana bilməz. Buna səbəb digər nüanslar ola bilər.

Şirkətlərin özlərinin istehsal gücünü kasadlaşdırması bir çox ölkələrdə xarici ticarətin kəmiyyətinə mənfi təsir göstərir, bununla da xarici valyuta qıtlığı yaranır. Bu problem də ölkələrin kilidlənmə vəziyyətində olması və normal şəkildə iqtisadiyyatın davam etməməsindən irəli gəlir. Bir ölkədə də idxal ixracdan çox olursa o zaman orada xarici ticarət kəsiri yaranır. Və belə mənfi təsirlərin də qarşısını almaq üçün, MB-lar təsbit edilmiş məzənnə rejimi olan ölkələrdə devalvasiyaya getmək yolunu seçirlər. Yəni, milli pulun dəyərini xarici valyuta qarşısıında azaldırlar.''

Bəs lirənin ucuzlaşmasına təsir edən əsas səbəb nədir?

''Əsas təsiredici səbəb Türkiyə mərkəzi bankı bir neçə aydır ABŞ dollarına qarşı lirəni artırmaq üçün xarici valyuta ehtiyatlarından istifadə edir. Buna görə də problemi Türkiyənin mərkəzi bankının saxladığı xarici valyuta ehtiyatlarının azalmasında görürəm.

 

Türkiyə hökuməti, ABŞ dollarına qarşı lirənin dəyərini saxlamağa çalışır. Bu səbəbdən də mərkəzi bank bir neçə aydır ABŞ dollarına qarşı lirəni artırmaq üçün xarici valyuta ehtiyatlarından istifadə edir. Çünki lirənin dəyərdən düşməsi, ölkədə dollarla kredit götürən şirkətlərə ağır zərbə olur. Bu da öz növbəsində ölkənin monitar dövriyyəsinə bir başa zərbədir, hansı ki, infilyasiyanı gücləndirə bilər.

İnvestorlar inflyasiyanın artmasından narahat ola bilərlər. Tükənən valyuta ehtiyatları, bahalı xarici valyuta müdaxilələri və türklərin xarici valyuta alma tendensiyası ilə bağlı narahatlıqlar da bu baxımdan arta bilər.''

Bəs vəziyyətdən çıxış yolu nədir?

''Belə vəziyyətdə lirəyə yalnız ilkin dəstək kimi likvidlik tədbirlərini geri qaytarmağı düşünürəm. Bunun üçün də biznes sahəsinə baryer yaradacaq olan dollarla kredit götürən şirkətllərə müəyyən qədər güzəştlərin olunmasını məqsədə uyğun görürəm, çünki dövlətin monetar dövriyyəsinin əsasını onlar təşkil edir. Monetar genişlənmə də ölkənin belə vəziyyətdən uzun zaman kəsiyi üçün çıxmasını təmin edər. Amma burada bir qədər ehtiyyatla davranamq lazım olduğunu düşünürəm. Əgər mərkəzi bank lirənı almaq üçün yalnız öz ehtiyatlarından deyil, yerli banklardan götürülən dollarlardan istifadə etsə, nəticədə banklara öz kassalarında olduğundan daha çox xarici valyuta borcu yarana bilər. Bu baxımdan belə bir məqamlara diqqət edilməsini düşünürəm.''

Məlumat üçün bildirək ki,ötən ilin yayında Mərkəzi Bankın rəhbəri Murad Çətinqaya istefaya çıxandan sonra hökumət yumşaq pul siyasətinə başladı, il ərzində faiz dərəcəsi 24 faizdən 8,25 faizədək azaldı. Pandemiya başlayandan isə MB kreditləşməni yüksək səviyyədə saxlamaq üçün faiz dərəcəsini sürətləndirməyə başlasa da, nəticədə ölkədə inflyasiya daha da artdı və hazırda 12 faiz səviyyəsindədir. Mərkəzi Bank cəsarətli addımlar ataraq ümidləri doğrultmasa, ölkədəki əcnəbi sərmayələrin xaricə kütləvi axını labüd olacaq.

 

 
 

Etiketlər

Paylaş: